“Boka Xuniors”un futbolçusu Leandro Paredes Cənubi Amerika Kubokunun “Atletiko Mineyro” ilə finalından sonra müsahibə zamanı huşunu itirib.
Arena.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi final matçından sonra jurnalistlərə açıqlama verərkən qəfil yerə yıxılıb və huşunu itirib.
Paredesə dərhal tibbi yardım göstərilib və futbolçu özünə gətirilib.
İddiaya görə, 32 yaşlı futbolçunun huşunu itirməsinə isti hava səbəb olub.
Kolumbiyada keçirilən final qarşılaşması “Boka Xuniors”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxmış Paredes 58 dəqiqə mübarizə aparıb.
Xatırladaq ki, Leandro Paredes 2025-ci ilin iyulundan “Boka Xuniors”da çıxış edir. O, karyerası ərzində “Zenit”, SPJ, “Roma” və “Yuventus”un formasını geyinib. Yarımmüdafiəçi Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun qalibi olub.


