“Flamenqo” futbol üzrə Braziliya çempionatının (A Seriyası) 2026-cı il mövsümünün qalibi olaraq özünə məxsus olan titulu qoruyub.
Arena.az xəbər verir ki, Rio-de-Janeyro təmsilçisi 36-cı turda səfərdə “Palmeyras”la 1:1 hesablı heç-heçə edib.
Bu nəticə son çempionun sona iki tur qalmış növbəti çempionluğu rəsmiləşdirməsinə imkan verib. Nəticədə komanda ötən mövsüm qazandığı titulu qoruyub.
“Palmeyras”ın heyətində Con Arias 12-ci dəqiqədə hesabı açıb. Qonaq komandanın cavab qolunu isə 76-cı dəqiqədə Samuel Lino vurub.
Bu, “Flamenqo”nun Braziliya çempionatında 9-cu çempionluğudur. Sözügedən komanda daha öncə 1980, 1982, 1983, 1992, 2009, 2019, 2020 və 2025-ci il mövsümlərində də hamıdan güclü olmuşdu.
Rio-de-Janeyro klubu bu göstəricidə “Santos”u geridə qoyub. Rekord isə 12 çempionluğu olan “Palmeyras”a məxsusdur.


