Masaki Murata “Sumqayıt”la yollarını ayırdı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” yaponiyalı hücumameyilli yarımmüdafiəçisi Masaki Murata ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə də “Sumqayıt”da çıxış etmiş yaponiyalı oyunçu 2025-ci ildə komandaya qayıtmışdı. O, cari mövsümdə heç bir oyuna çıxmayıb. Murata “Sumqayıt”da bütövlükdə 87 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Masaki Murata karyerası ərzində “Ginsheym” (50 oyun, 6 qol, 2 assist), “Valmiera” (38 oyun, 4 qol, 5 assist), “Veyle” (10 oyun), “Bayern Alzenau” (3 oyun, 1 qol) kimi klublarda da forma geyinib. 27 yaşlı futbolçu vaxtilə Yaponiyanın U-17 yığmasında da çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: