Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 10-cu turun təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
10-cu turun görüşləri noyabrın 27-də, 28-də və 30-da keçiriləcək.
Əvəzedicilər Liqası
10-cu tur
27 noyabr
“Araz-Naxçıvan-2” – “Zirə-2”
Hakimlər: Rövşən Rəcəbov, Sevda Nuriyeva, Mirnihad Seyidov, Ləman Əmirli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 14:00.
28 noyabr
“Sumqayıt-2” – “Şəfa-2”
Hakimlər: Ceyhun Hüseynov, Zakir Şükürzadə, Elmin Süleymanov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.
“Qəbələ-2” – “Qarabağ-2”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Nəriman Ağayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.
“Şamaxı-2” – “Neftçi-2”
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Anar Bədəlov, Kamil Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu, 14:30.
30 noyabr
“Turan Tovuz-2” – “Sabah-2”
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.
“Kəpəz-2” – “İmişli-2”
Hakimlər: Səbuhi Bayramov, Safalı Ağayev, Samir Qaracayev, Samir Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.


