Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 12-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Premyer Liqası, 12-ci tur
“Sumqayıt” – “Sabah” oyununun 33-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Lukas Blek ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Sumqayıt” buna görə 500 manat cərimə edilib.
“Şamaxı” – “Turan Tovuz” oyununun ilk hissəsi bitdikdən sonra “Şamaxı”nın məşqçisi Araz Bağırov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Şamaxı” buna görə 8000 manat cərimə edilib. Oyunun ilk hissəsi bitdikdən sonra “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov da rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. Tovuz komandası buna görə 8000 manat cərimə ödəyəcək.
“Şamaxı” – “Turan Tovuz” oyununun 75-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 3 oyunluq cəza alıb. Tovuz klubu buna görə də 3000 manat cərimə ödəyəcək. Sınaq müddəti 6 ay təyin edilib.


