AFFA-dan Əmiraslanov və Hüseynova 4 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci və İkinci Liqaların sonuncu oyunları ilə də bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Birinci Liqa, 8-ci tur

MOİK – “Səbail” oyununun 75-ci dəqiqəsində “Səbail”in futbolçusu Ezekiel Morqan ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Səbail” buna görə 150 manat cərimə edilib.

“Şimal” – “Zaqatala” oyununun 89-cu dəqiqəsində “Zaqatala”nın futbolçusu İbrahim Ramazanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Zaqatala” buna görə 150 manat cərimə ödəyəcək.

İkinci Liqa, 12-ci tur

“Ağstafa Gəncləri” – “Hypers” oyununun 88-ci dəqiqəsində “Ağstafa Gəncləri”nin futbolçusu Elgün Əmiraslanov hakimi təhqir etdiyinə görə 4 oyunluq cəza alıb. Ağstafa komandası buna görə 1000 manat cərimə edilib. “Ağstafa Gəncləri” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub daha 70 manat cərimə edilib.

“Şirvan” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan”da 7 nəfər sarı vərəqə aldığı üçün Lökbatan komandası 70 manat cərimə ödəyəcək.

“Şəmkir” – “Ağdaş” oyununda “Ağdaş”ın cəzalı rəsmisi Ruslan Hüseynov hakimlərə təzyiq göstərdiyinə görə cəzasının üzərinə 4 oyun əlavə edilib. “Ağdaş” komandası buna görə 600 manat cərimə ödəyəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: