Murad Məmmədov “Midtyulland”a qarşı 35 dəqiqə oynadı

Azərbaycanlı cinah hücumçusu Murad Məmmədov bu gün Cənubi Kiprin “Pafos” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Avropa Konfrans Liqasının Liqa mərhələsinin 2026/2027-ci illər mövsümünün 4-cü turu çərçivəsində Danimarkanın “Midtyulland” kollektivi ilə qarşılaşıb.

“Pafos” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Məmmədov bu oyunun 55-ci dəqiqəsində, hesab 0:1 olarkən meydana buraxılıb.

Konfrans Liqasının əsas mərhələsində keçirdiyi 4 oyunda cəmi heç-heçə edib, 3-də məğlub olmuş “Pafos” hazırda 1 xalla 36 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, “Pafos” “Neftçi”nin yetirməsi olan 20 yaşlı azərbaycanlı futbolçunu 2026-cı ilin yayında azad agent kimi heyətinə qatıb. Tərəflər arasında 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb. Murad Məmmədov bu komandanın heyətində 7 rəsmi matçda forma geyinib, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: