Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün Liqa mərhələsində 4-cü turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edib.
Ümumilikdə 18 qarşılaşma baş tutub. Günün maraqla gözlənilən görüşlərindən biri Türkiyənin “Trabzonspor” komandası ilə Bolqarıstan təmsilçisi ÇSKA (Sofiya) arasında keçirilib. Üç qolluq oyunda Trabzon klubu qələbəyə sevinən tərəf olub.
Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi Albaniyanın “Eqnatiya” komandası evdə Cəbəllüttariq təmsilçisi “Linkoln”a qalib gəlib. Digər həmyerlimiz Murad Məmmədovun çıxış etdiyi Kipr “Pafos”u isə Danimarkanın “Midtyulland” komandasına evdə uduzub.
Avropa Konfrans Liqasında növbəti turun oyunları dekabrın 10-da keçiriləcək.
Avropa Konfrans Liqası
Liqa mərhələsi, 4-cü tur
26 noyabr
Kayrat (Qazaxıstan) – Myalbü (İsveç) 1:0
Ayaks (Niderland) – Tun (İsveçrə) 4:0
Pafos (Kipr) – Midtyulland (Danimarka) 0:2
Brayton (İngiltərə) – Universitatya (Krayova, Rumıniya) 4:0
Brann (Norveç) – Orhus (Danimarka) 1:4
Harts (Şotlandiya) – Monako (Fransa) 2:3
Yablonets (Çexiya) – Luqano (İsveçrə) 2:0
Kauno Jalgiris (Litva) – Riqa (Latviya) 2:0
İberiya (Gürcüstan) – Xetafe (İspaniya) 1:0
Eqnatiya (Albaniya) – Linkoln (Cəbəllütariq) 2:1
Braqa (Portuqaliya) – KuPS (Finlandiya) 4:0
Frayburq (Almaniya) – Tvente (Niderland) 2:1
Gent (Belçika) – Srvena Zvezda (Serbiya) 1:1
Borats (Bosniya və Herseqovina) – Atalanta (İtaliya) 2:3
Hayduk (Xorvatiya) – Sent-Trüden (Belçika) 0:2
Nordsyelland (Danimarka) – Panatinaikos (Yunanıstan) 3:2
İnter Eskaldes (Andorra) – Kopenhagen (Danimarka) 2:0
ÇSKA (Sofiya, Bolqarıstan) – Trabzonspor (Türkiyə) 1:2


