İngiltərə – Almaniya matçının ən yaxşı futbolçusu

AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş İngiltərə – Almaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib. Arena.az xəbər verir ki, İngiltərə yığmasının müdafiəçisi Harri Maquayr bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında pay sahiblərindən birinə çevrilib.

Qeyd edək ki, İngiltərə – Almaniya matçı 2:0 hesabıyla başa çatıb. Nəticədə ingilislər 1/4 finala vəsiqə qazanıblar.

Harri Maquayr İngiltərənin “Mançester Yunayted” klubunun formasını geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: