Azərbaycan Premyer Liqasında püşkatma mərasiminin vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, mərasim iyulun 30-da AFFA-nın inzibati binasında keçiriləcək.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, tədbirə saat 14:00-da start veriləcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə 14 avqustda start veriləcək. Qarşıdakı mövsümdə də 8 komanda mübarizə aparacaq.