Alfonso Areola “Vest Hem”də!

Fransanın PSJ klubunun qapıçısı Alfonso Areola karyerasını İngiltərədə davam etdirəcək. Arena.az xəbər verir ki, 28 yaşlı qapıçını “Vest Hem” klubu icarəyə götürüb.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Areola 2021/22 mövsümünü icarə əsasında “Vest Hem”də keçirəcək. London klubu mövsümün sonunda fransalı qapıçının transfer hüquqlarını da ala bilər. Futbolçu yeni komandasında “13” nömrəli formanı geyinəcək.

Alfonso Areola PSJ-nin öz yetirməsidir. O, Paris təmsilçisində 107 matça çıxıb. Fransa millisinin də üzvü olan qolkiper, müxtəlif vaxtlarda “Lans”, “Bastiya”, “Vilyarreal”, “Real” və “Fulhem”də də icarədə oynayıb.