Almaniyanın “Borussiya” (Dortmund) klubu yarımmüdafiəçisi Mahmud Dahud ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yeni müqaviləyə əsasən, 25 yaşlı futbolçu 2023-cü ilin yayına kimi “Borussiya”nın uğurları üçün çalışmağa davam edəcək.
Qeyd edək ki, Mahmud Dahud 2017-ci ildən “Borussiya”da çıxış edir. Suriya əsilli almaniyalı futbolçu ötən mövsüm Bundesliqada meydana çıxdığı 21 matçda 1 qol vurub. O, bu komandanın heyətində bütövlükdə 101 matça çıxıb, 3 qola imza atıb. Almaniya yığmasına da dəvət alan yarımmüdafiəçi, əvvəllər Münhenqladbax “Borussiya”sında da çıxış edib.


