Corco Kyellini daha iki il “Yuventus”da!

İtaliyanın “Yuventus” klubu müdafiəçisi Corco Kyellini ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verri ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər 2 illik yeni müqaviləyə imza atıblar. Bu sözləşməyə əsasən, 36 yaşlı futbolçu 2023-cü ilin yayına kimi “Yuventus”un uğurları üçün çalışmağa davam edəcək. Əvvəlki müqavilənin müddəti bu yay başa çatmışdı.

Qeyd edək ki, Corco Kyellini 2004-cü ildən “Yuventus”da çıxış edir. O, bu klubda olduğu dönəmdə “Fiorentina”da icarədə də olub. Əvvəllər isə o, yetirməsi olduğu “Livorno”da forma geyinib.

Kyellini İtaliya millisində keçirdiyi 112 oyunda 8 qol vurub. Bir müddət əvvəl bu komandanın heyətində Avropa çempionu olan futbolçu, DÇ-2022-də də forma geyinməyi hədəfləyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: