Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi Lion “Olimpik”indən Jan Lukası transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Futbolçu yeni komandasında “8” nömrəli formanı geyinəcək.
“Monako” Lukas üçün “Olimpik”ə 11 milyon avro ödəyəcək. Lion klubu futbolçunun sonrakı satışından 15 faizlik gəlir əldə edəcək.
Jan Lukas “Flamenqo”nun yetirməsidir. Braziliyalı futbolçu ölkəsində “Santos”un da formasını geyinib. O, 2019-cu ildən “Olimpik”in uğurları üçün çalışırdı. Yarımmüdafiəçi bu ilin əvvəlində “Brest”ə icarəyə verilmişdi.


