Tokio-2020: Turan Bayramov da medalsız qaldı

Tokio-2020 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Arena.az xəbər verir ki, bu gün daha bir güləşçimiz – Turan Bayramov da mübarizəyə qoşulub.

74 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylovla üz-üzə gəlib. Rəqibinə 4:2 hesabı ilə qalib gələn Bayramov 1/4 finala yüksəlib. O, bu raundda Frank Çamiso (İtaliya) ilə görüşüb. Bayramov rəqibinə 1:3 hesabı ilə uduzub. Çamiso finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaqdı. Lakin o, yarımfinalda belaruslu rəqibinə uduzub. Bu üzdən də Turan üçün bürünc medal qazanmaq şansı da qalmayıb.

Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: