İngiltərənin “Uotford” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın “Parma” klubunun yarımmüdafiəçisi Yuray Kuçkanı heyətinə qatıb.
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 34 yaşlı futbolçu 2021/22 mövsümünün sonuna kimi icarəyə götürülüb.
Slovakiya yığmasında da forma geyinən təcrübəli futbolçu 2019-cu ildən “Parma”nın uğurları üçün çalışırdı. Yarımmüdafiəçi əvvəllər “Trabzonspor”, “Milan”, “Cenoa”, “Sparta” (Praqa) və “Rujomberok” kimi klublarda da forma geyinib.


