Bundesliqada yeni mövsüm başladı, çempion startda xal itirdi

Bu gün futbol üzrə Almaniya Bundesliqasında 2021/22 mövsümünə start verilib. Arena.az xəbər verir ki, mövsümün və ilk turun açılış matçında son çempion “Bayern” səfərdə Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşıb.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma Münhen təmsilçisi fasiləyə qədər tarazlığı bərpa edə bilib. Beləcə, tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Almaniya Bundesliqası
1-ci tur
13 avqust

Borussiya (Mönhenqladbax) – Bayern 1:1
Qol: Plea, 10 – Levandovski, 42.

14 avqust

17:30 Arminiya – Frayburq
17:30 Auqsburq – Hoffenhaym
17:30 Volfsburq – Bohum
17:30 Union Berlin – Bayer
17:30 Ştutqart – Qroyter
19:30 Borussiya (Dortmund) – Ayntraxt

15 avqust

17:30 Maynts – Leypsiq
19:30 Köln – Herta

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: