“Kasımpaşa” Cihat Arslanla anlaşdı

Türkiyənin “Kasımpaşa” komandasının yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Cihat Arslan çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 51 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Cihat Arslan bu vəzifədə ölkə çempionatının ilk turundan sonra istefaya göndərilən Şenol Canı əvəzləyib. Arslanın sonuncu iş yeri “Balıkəsirspor” olub. O, daha öncə “Manisa”, “Çelik”, “Akhisarspor”, “Adanaspor”, “Karşıyaka”, “İstanbul BB”, “Göztəpə”, “Boluspor”, “Kocaelispor” kimi komandalara da rəhbərlik edib. Futbolçu karyerası dönəmində 2005-ci ildən 2008-ci ilə qədər “Kasımpaşa”da forma geyinən Cihat, 2009-cu ilə qədər bu komandada köməkçi-məşqçi kimi də fəaliyyət göstərib.

Xəbəri sosial şəbəkələrdə paylaş: