“Bayer” daha iki transfer etdi

Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Leverkuzen təmsilçisi Argentinanın “Talyeres” klubundan Pyero İnkapyeni, Bundesliqanın digər klubu “Union Berlin”dən isə Robert Andrixi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Pyero İnkapye Ekvador milli komandasının da üzvüdür. 19 yaşlı müdafiəçinin “transfermarkt”da dəyəri 8 milyon avrodur. O, daha öncə “İndependyente del Valle” klubunun da formasını geyinib.

Robert Andrix isə 2019-cu ildən “Union Berlin”in uğurları üçün çalışırdı. 26 yaşlı alman yarımmüdafiəçi əvvəllər “Haydenhaym”, “Vehen”, “Dinamo” (Drezden) və “Herta” komandalarında çıxış edib.

İnkapye “Bayer”də “33”, Andrix isə “8” nömrəli formanı geyinəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: