“Bayern” çətin qələbəyə sevindi

Futbol üzrə Almaniya Bundesliqasında 2-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Hoffenhaym” doğma meydanda “Union Berlin”lə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Son çempion “Bayern”in bu turdakı rəqibi isə “Köln” olub. Münhen təmsilçisi doğma meydanda çətin qələbəyə sevinib.

Almaniya Bundesliqası
2-ci tur
20 avqust

Leypsiq – Ştutqart 4:0
Qol: Soboslai, 38; 52. Forsberq, 46. A.Silva, 65-pen.

21 avqust

Ayntraxt – Auqsburq 0:0

Bohum – Maynts 2:0
Qol: Holtman, 21. Polter, 56.

Herta – Volfsburq 1:2
Qol: Lukebakio, 60-pen – Baku, 74. Nmeça, 88.

Qroyter – Arminiya 1:1
Qol: Hrqota, 50-pen – Klos, 45.

Frayburq – Borussiya (Dortmund) 2:1
Qol: Qrifo, 6. Sallai, 53 – Keytel, 59-öz qapısına.

Bayer – Borussiya (Mönhenqladbax) 4:0
Qol: Zommer, 3-öz qapısına. Şik, 8. Diabi, 55. Amiri, 87.

22 avqust

Hoffenhaym – Union Berlin 2:2
Qol: Akpoquma, 14. Larsen, 30 – Qisselmann, 10. Avoniyi, 47.

Bayern – Köln 3:2
Qol: Levandovski, 50. Qnabri, 59; 71 – Modeste, 60. Ut, 62.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: