Premyer Liqada 3-cü turun ilk iki oyununa təyinatlar açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü turun 2 oyunu üçün bütün təyinatlar müəyyənləşib. Arena.az xəbər verir ki, ilk oyun günündə baş tutacaq “Sabah” – “Qəbələ” qarşılaşmasını FİFA referisi Rauf Cabbarov idarə edəcək.

“Keşlə” –“Zirə” matçı isə digər FİFA referimiz Əliyar Ağayevə tapşırılıb.

Azərbaycan Premyer Liqasında 3-cü turun sentyabrın 12-də keçiriləcək oyunlarına təyinatlar isə daha sonra açıqlanacaq.

Azərbaycan Premyer Liqası
3-cü tur
11 sentyabr

“Sabah” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Masazır. “Bank Respublika Arena”, 18:00.

“Keşlə” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Bakı. “ASK Arena”, 20:15.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: