“Bayern”, “Volfsburq” və “Borussiya”dan səfər qələbəsi

Futbol üzrə Almaniya Bundesliqasında 4-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.

Turun açılış matçında Dortmund “Borussiya”sı çətin Leverkuzen səfərində “Bayer”lə qarşılaşıb. Yeddi qolun qeydə alındığı bu oyun qonaqların çətin qələbəsi ilə başa çatıb.

Lider “Volfsburq” bu turda “Qroyter”in qonağı olub və növbəti qələbəsini rəsmiləşdirib.

Turun mərkəzi görüşündə son çempion “Bayern” səfərdə “Leyptsiq”in qonağı olub. Beş qolun qeydə alındığı bu oyunda Münhen təmsilçisi darmadağına sevinib.

Almaniya Bundesliqası
4-cü tur
11 sentyabr

Bayer – Borussiya (Dortmund) 3:4
Qol: Virts, 9. Şik, 45+1. Dyabi, 55 – Haland, 37; 77-pen. Brandt, 49. Gerrero, 71.

Qroyter – Volfsburq 0:2
Qol: Nmeça, 10. Veqorst, 90+1-pen.

Union Berlin – Auqsburq 0:0

Frayburq – Köln 1:1
Qol: Rafael, 89-öz qapısına – Modeste, 34.

Hoffenhaym – Maynts 0:2
Qol: Burkardt, 21. İnqvartsen, 77.

Leyptsiq – Bayern 1:4
Qol: Laymer, 58 – Levandovski, 12-pen. Musiala, 47. Sane, 54. Şupo-Motinq, 90+2.

12 sentyabr

17:30. Ayntraxt – Ştutqart
19:30. Bohum – Herta
21:30. Borussiya (Mönhenqladbax) – Arminiya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: