“Mançester Siti” büdrədi, “Liverpul”la “Arsenal” qalib gəldi

Futbol üzrə İngiltərə Premyer Liqasında 5-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

Ötən tur ilk qələbəsini qazanan “Arsenal”ın budəfəki rəqibi “Bernli” olub. “Topçular” bu oyunda 3 xalı tək qolla qazanıblar.

“Liverpul” “Kristal Pelas”ı darmadağınla yola salıb. “Mançester Siti” isə “Sauthempton”la ev oyunundan xal itkisi ilə ayrılıb.

“Everton” “Aston Villa” ilə səfər matçında cari mövsümdəki ilk məğlubiyyətinə üzülüb. “Vulverhempton” da evdə “Brentford”a uduzub.

İngiltərə Premyer Liqası
5-ci tur
17 sentyabr

Nyukasl – Lids 1:1
Qol: S.Maksimin, 44 – Rafinya, 13.

18 sentyabr

Vulverhempton – Brentford 0:2
Qol: Touni, 28-pen. Mbeumo, 34.

Bernli – Arsenal 0:1
Qol: Odeqard, 30.

Liverpul – Kristal Pelas 3:0
Qol: Mane, 43. Salah, 78. N.Keyta, 89.

Mançester Siti – Sauthempton 0:0

Norviç Siti – Uotford 1:3
Qol: Pukki, 35 – Dennis, 17. Sarr, 63; 80.

Aston Villa – Everton 3:0
Qol: Kaş, 66. Din, 69-öz qapısına. Beyli, 75.

19 sentyabr

17:00 Brayton – Lester Siti
17:00 Vest Hem – Mançester Yunayted
19:30 Tottenhem – Çelsi

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: