Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqası və Birinci Divizionun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası, 4-cü tur
Premyer Liqanın 4-cü turunun “Qəbələ” – “Səbail” oyunu gec başlandığı üçün meydan sahibi klub 3200 manat cərimə olunub.
“Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Səbail”in futbolçusu Ədilxan Qarəhmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Birinci Divizion, 2-ci tur
MOİK – “Səbail-2” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunub. Matçdan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub.
“Keşlə-2” – “Sabah-2” görüşündən öncə hər iki komandada oyunçuların geyimlərində qüsurlar aşkarlanıb. Buna görə oyun gec başlandığı üçün hər iki klub 80 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Kəpəz” oyununda “Qaradağ Lökbatan”ın 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyun gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunub.
“Zaqatala” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


