“Borussiya”dan inamlı qələbə, “Bayern”dən darmadağın

Futbol üzrə Almaniya Bundesliqasında 9-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü beş qarşılaşma baş tutub.

“Volfsburq” evdə “Frayburq”a uduzub. “Herta” isə Mönhenqladbax “Borussiya”sını məğlub yola salıb.

Lider “Bayern” bu turda “Hoffenhaym”la üz-üzə gəlib və darmadağına sevinib. Dortmund “Borussiya”sı “Arminiya” səfərindən inamlı qələbə ilə dönüb. “Leyptsiq” isə “Qroyter”i məğlub yola salıb.

Almaniya Bundesliqası
9-cu tur
22 oktyabr

Maynts – Auqsburq 4:1
Qol: Onisivo, 10. Bell, 15. Burkardt, 26; 71 – Zeqiri, 69.

23 oktyabr

Arminiya – Borussiya (Dortmund) 1:3
Qol: Klos, 87-pen – E.Can, 31. Hummels, 45. Bellingem, 72.

Bayern – Hoffenhaym 4:0
Qol: Qnabri, 16. Levandovski, 30. Şupo-Motinq, 82. Koman, 87.

Volfsburq – Frayburq 0:2
Qol: Linhart, 27. Holer, 68.

Leyptsiq – Qroyter 4:1
Qol: Poulsen, 46. Forsberq, 53-pen. Soboslai, 65. Ramos, 88 – Hrqota, 45-pen.

Herta – Borussiya (Mönhenqladbax) 1:0
Qol: Rixter, 40.

24 oktyabr

17:30. Köln – Bayer
19:30. Ştutqart – Union Berlin
21:30. Bohum – Ayntraxt

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: