Premyer Liqa: “Mançester Yunayted” “Liverpul”a biabırçı hesabla uduzdu

Futbol üzrə İngiltərə Premyer Liqasında 9-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Lester Siti” səfərdə “Brentford”u məğlub edib. “Tottenhem” isə “Vest Hem”lə səfər oyunundan xalsız qayıdıb.

Turun mərkəzi görüşü Mançesterdə keçirilib. Bu mövsüm məğlubiyyətin nə olduğunu bilməyən “Liverpul” “Mançester Yunayted”in qonağı olub. Qonaqlar bu görüşdə 5 cavabsız qola seviniblər.

9 turdan sonra “Çelsi” 22 xalla zirvədə qərarlaşıb. “Liverpul” 21 xalla ikinci, “Mançester Siti” isə 20 xalla üçüncüdür.

İngiltərə Premyer Liqası
9-cu tur
22 oktyabr

Arsenal – Aston Villa 3:1
Qol: Partey, 23. Obameyanq, 45+6. Smit Rou, 56 – Remsi, 82.

23 oktyabr

Çelsi – Norviç Siti 7:0
Qol: Maunt, 8; 85; 90+1. Hadson-Odoi, 18. R.Ceyms, 42. Çiluell, 57. Arons, 62-öz qapısına.

Kristal Pelas – Nyukasl 1:1
Qol: Benteke, 56 – Uilson, 65.

Lids – Vulverhempton 1:1
Qol: Rodriqo, 90+4-pen – Hvan, 10.

Everton – Uotford 2:5
Qol: Deyvis, 3. Riçarlison, 62 – Kinq, 13; 80; 86. Kuçka, 78. Dennis, 90+1.

Sauthempton – Bernli 2:2
Qol: Livramento, 41. Broya, 50 – Korne, 13; 57.

Brayton – Mançester Siti 1:4
Qol: Makallister, 81-pen – İ.Gündoğan, 13. Foden, 28; 31. Mahrez, 90+5.

24 oktyabr

Brentford – Lester Siti 1:2
Qol: Yorgensen, 60 – Tilemans, 14. Maddison, 73.

Vest Hem – Tottenhem 1:0
Qol: M.Antonio, 72.

Mançester Yunayted – Liverpul 0:5
Qol: N.Keyta, 5. Jota, 13. Salah, 38; 45+5; 50.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: