“Bayer” səfərdə xal itirdi

Futbol üzrə Almaniya Bundesliqasında 9-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.

“Köln” – “Bayer” və “Ştutqart” – “Union Berlin” matçlarında qalib müəyyənləşməyib.

“Bohum” isə doğma meydanda “Ayntraxt”ı iki cavabsız qolla üstələyib.

Almaniya Bundesliqası
9-cu tur
22 oktyabr

Maynts – Auqsburq 4:1
Qol: Onisivo, 10. Bell, 15. Burkardt, 26; 71 – Zeqiri, 69.

23 oktyabr

Arminiya – Borussiya (Dortmund) 1:3
Qol: Klos, 87-pen – E.Can, 31. Hummels, 45. Bellingem, 72.

Bayern – Hoffenhaym 4:0
Qol: Qnabri, 16. Levandovski, 30. Şupo-Motinq, 82. Koman, 87.

Volfsburq – Frayburq 0:2
Qol: Linhart, 27. Holer, 68.

Leyptsiq – Qroyter 4:1
Qol: Poulsen, 46. Forsberq, 53-pen. Soboslai, 65. Ramos, 88 – Hrqota, 45-pen.

Herta – Borussiya (Mönhenqladbax) 1:0
Qol: Rixter, 40.

24 oktyabr

Köln – Bayer 2:2
Qol: Modeste, 63; 82 – Şik, 15. Bellarabi, 17.

Ştutqart – Union Berlin 1:1
Qol: Faqir, 90+2 – Avoniyi, 31.

Bohum – Ayntraxt 2:0
Qol: Blum, 3. Polter, 90+2.

Xəbəri sosial şəbəkələrdə paylaş: