“Yuventus” uduzdu, “İnter”lə “Roma” qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında 10-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Udineze” – “Verona” matçında qalib müəyyənləşməyib. “Atalanta” səfərdə “Sampdoriya”nı, “Roma” isə “Kalyari”ni məğlub edib. “Latsio” da “Fiorentina”nı məğlub yola salıb.

“İnter” bu turda “Empoli”nin qonağı olub və inamlı qələbəyə sevinib. “Yuventus” isə “Sassuolo” ilə ev oyununda gözlənilməz məğlubiyyətlə üzləşib.

Turun son matçında lider “Napoli” doğma meydanda “Bolonya” ilə qarşılaşacaq.

İtaliya A Seriyası
10-cu tur
26 oktyabr

Spetsiya – Cenoa 1:1
Qol: Siriqu, 66-öz qapısına – Krişito, 86.

Venetsiya – Salernitana 1:2
Qol: Aramu, 14 – Bonatsoli, 61. Skyavone, 90+5.

Milan – Torino 1:0
Qol: Jiru, 14.

27 oktyabr

Udineze – Verona 1:1
Qol: Saksess, 3 – Barak, 83-pen.

Yuventus – Sassuolo 1:2
Qol: Makkenni, 76 – Frattesi, 44. M.Lopes, 90+5.

Sampdoriya – Atalanta 1:3
Qol: Kaputo, 10 – Askildsen, 17-öz qapısına. Sapata, 21. İliçiç, 90+5.

Empoli – İnter 0:2
Qol: D’Ambrozio, 34. Dimarko, 66.

Kalyari – Roma 1:2
Qol: Pavoletti, 52 – İbanes, 71. Pelleqrini, 78.

Latsio – Fiorentina 1:0
Qol: Pedro, 52.

28 oktyabr

22:45 Napoli – Bolonya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: