“Ayntraxt” səfərdən 3 xalla döndü

Futbol üzrə Almaniya Bundesliqasında 11-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.

“Herta” “Bayer”lə, “Köln” isə “Union Berlin”lə qarşılaşıb. Hər iki qarşılaşma heç-heçə bitib.

“Qroyter” isə doğma meydanda “Ayntraxt”la qarşılaşıb. Frankfurt təmsilçisi səfərdən qələbə ilə dönüb.

Almaniya Bundesliqası
11-ci tur
5 noyabr

Maynts – Borussiya (Mönhenqladbax) 1:1
Qol: Vidmer, 76 – Noyhaus, 38.

6 noyabr

Bayern – Frayburq 2:1
Qol: Qoretska, 30. Levandovski, 75 – Haberer, 90+3.

Bohum – Hoffenhaym 2:0
Qol: Novotnı, 66. Pantoviç, 90+7.

Volfsburq – Auqsburq 1:0
Qol: Nmeça, 14.

Ştutqart – Arminiya 0:1
Qol: Okuqava, 19.

Leyptsiq – Borussiya (Dortmund) 2:1
Qol: Nkunku, 29. Poulsen, 68 – Roys, 52.

7 noyabr

Herta – Bayer 1:1
Qol: Yovetiç, 42 – Andrix, 90.

Köln – Union Berlin 2:2
Qol: Modeste, 7; 86 – Ryerson, 9. Promel, 45+1.

Qroyter – Ayntraxt 1:2
Qol: İtten, 90+2 – Rode, 75. Borre, 90+4.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: