İngiltərənin “Norviç Siti” komandasının yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Din Smit çalışdıracaq.
Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Din Smitlə 2 illik müqavilə imzalanıb. O, bu komandada təxminən bir həftə öncə istefaya göndərilmiş Daniel Farkeni əvəz edib.
Din Smit özü isə son olaraq “Aston Villa”nı çalışdırıb. O da bu komandadan elə bir həftə əvvəl qovulmuşdu.
“Norviç Siti” hazırda İngiltərə Premyer Liqasında 11 oyuna topladığı 5 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


