“Bayern” səfərdən xalsız döndü

Futbol üzrə Almaniya Bundesliqasında 12-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Lider “Bayern” səfərdə “Auqsburq”un qonağı olub. Münhen təmsilçisi üç qolun qeydə alındığı bu görüşdən məğlub ayrılıb.

Turnir cədvəlinin 2-ci pilləsində yer alan Dortmund “Borussiya”sı doğma meydanda “Ştutqart”ı qəbul edəcək. Münhenqladbax “Borussiya”sının rəqibi isə autsayder “Qroyter” olacaq.

Almaniya Bundesliqası
12-ci tur
19 noyabr

Auqsburq – Bayern 2:1
Qol: Pedersen, 23. Han, 36 – Levandovski, 38.

20 noyabr

18:30. Arminiya – Volfsburq
18:30. Bayer – Bohum
18:30. Borussiya (Dortmund) – Ştutqart
18:30. Borussiya (Mönhenqladbax) – Qroyter
18:30. Hoffenhaym – Leyptsiq
21:30. Union Berlin – Herta

21 noyabr

18:30. Frayburq – Ayntraxt
20:30. Maynts – Köln

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: