“Bayern”lə “Borussiya”dan qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 13-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha altı qarşılaşma baş tutub.

“Herta” – “Auqsburq” matçında qalib müəyyənləşməyib. “Bohum” “Frayburq”u, “Köln” isə Mönhenqladbax “Borussiya”sını məğlub yola salıb.

Doqquz qolun qeydə alındığı “Qroyter” – “Hoffenhaym” matçı qonaqların qələbəsiylə yekunlaşıb.

Lider “Bayern” bu turda autsayderlər qrupunda yer alan “Arminiya”nı sınağa çəkib. Münhen təmsilçisi minimal hesabla qalib gəliblər.

Turnir cədvəlinin 2-ci sırasında yer alan Dortmund “Borussiya”sının rəqibi isə “Volfsburq” olub. Qonaqlar bu oyunda 3 xalı 3 qolla qazanıblar.

Almaniya Bundesliqası
13-cü tur
26 noyabr

Ştutqart – Maynts 2:1
Qol: İto, 21. Sosa, 51 – Hak, 39.

27 noyabr

Bohum – Frayburq 2:1
Qol: Polter, 54. Pantoviç, 82 – Linhart, 51.

Volfsburq – Borussiya (Dortmund) 1:3
Qol: Veqorst, 2 – E.Can, 35. Malen, 55. Haland, 81.

Herta – Auqsburq 1:1
Qol: Rixter, 40 – Qreqoritç, 90+7.

Qroyter – Hoffenhaym 3:6
Qol: Levelinq, 22. Tillman, 46. Hrqota, 67 – Bebu, 32; 62; 80. Rutter, 40; 57. Mayerhofer, 66-öz qapısına.

Köln – Borussiya (Mönhenqladbax) 4:1
Qol: Lyubiçiç, 55. Ut, 77. Duda, 78. Andersson, 90+3 – Hofmann, 74.

Bayern – Arminiya 1:0
Qol: Sane, 71.

28 noyabr

18:30. Ayntraxt – Union Berlin
20:30. Leyptsiq – Bayer

Xəbəri sosial şəbəkələrdə paylaş: