Premyer Liqa: MS-dən qələbə, MY-dən “Çelsi” ilə heç-heçə

Futbol üzrə İngiltərə Premyer Liqasında 13-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, bu gün daha beş oyunun keçirilməsi nəzərdə tutulmuşdu.

Lakin onlardan biri baş tutmayıb. Belə ki, “Tottenhem”in “Bernli” ilə səfər oyunu isə güclü qar yağışı səbəbindən təxirə salınıb.

“Brentford” “Everton”la, “Lester Siti” isə “Uotford”la oyundan qələbə ilə ayrılıb.

“Mançester Siti”nin bu turdakı rəqibi “Vest Hem” olub. “Şəhərlilər” bu oyundan qalib ayrılıblar.

Turun mərkəzi görüşü Londonda keçirilib. Lider “Çelsi” doğma meydanda “Mançester Yunayted”lə üz-üzə gəlib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

İngiltərə Premyer Liqası
13-cü tur
27 noyabr

Arsenal – Nyukasl 2:0
Qol: Saka, 56. Martinelli, 66.

Kristal Pelas – Aston Villa 1:2
Qol: Quehi, 90+5 – Targett, 15. Makqinn, 86.

Liverpul – Sauthempton 4:0
Qol: Jota, 2; 32. Tyaqo, 37. Van Deyk, 52.

Norviç Siti – Vulverhempton 0:0

Brayton – Lids 0:0

28 noyabr

Bernli – Tottenhem oyunu təxirə salınıb

Brentford – Everton 1:0
Qol: Toni, 24-pen.

Lester Siti – Uotford 4:2
Qol: Maddison, 16. Vardi, 34; 42. Lukman, 68 – Kinq, 30. Dennis, 61.

Mançester Siti – Vest Hem 2:1
Qol: İ.Gündoğan, 33. Fernandinyo, 90 – Lanzini, 90+4.

Çelsi – Mançester Yunayted 1:1
Qol: Jorjinyo, 69-pen – Sanço, 50.

Xəbəri sosial şəbəkələrdə paylaş: