Almaniyanın “Leypsiq” komandasının baş məşqçisi Cessi Marş istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
ABŞ-dan olan 48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.
Cessi Marş bu ilin 1 iyulundan “Leypsiq”ə rəhbərlik edirdi. O, bu komandanı 21 rəsmi matça çıxarıb. Bu görüşlərdə 8 qələbə qazanan Bundesliqa təmsilçisi, 4 heç-heçə edib, 9 oyunda məğlubiyyətlə üzləşib.
“Leypsiq” bu mövsüm Bundesliqada keçirdiyi 14 oyunda 18 xal toplayıb və 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.


