“Mançester Yunayted”dən Antoni Elanqa ilə yeni müqavilə

İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiəçisi Antoni Elanqa ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

Antoni Elanqa “Mançester Yunayted”in öz yetirməsidir. İsveçdən olan futbolçu 2014-cü ildən “qırmızı şeytanlar”ın sıralarındadır. O, Mançester təmsilçisində indiyə qədər bütövlükdə 5 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: