Dekabrın 27-də Azərbaycan Stolüstü Tennis Federasiyasının ümumi yığıncağı keçirilib. Arena.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edib. Ardınca yeni seçkilər keçirilib və Şahin Mustafayev yenidən federasiyanın prezidenti seçilib.
Yığıncaqda həmçinin Səbuhi Mehdizadə və Elmar İslam federasiyanın vitse-prezidentləri, Xəyalə Quşxani, Zərif Süleymanova, Mixail Timofeyev və Fərhad İsmayılov İcraiyyə Komitəsinə üzv seçiliblər.
Tədbirdən sonra Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev jurnalistlərin suallarını cavablandırıb. O, bunları söyləyib:
“Bu iclasda keçən dövrdəki hesabat təqdim olundu və yığıncağın üzvləri yenidən mənə etimad göstərdilər. Stolüstü tennisin ölkəmizdə ənənələri var. Prezident İlham Əliyev idman sahəsinə böyük diqqətlə yanaşır. Bu idman növü ölkəmizdə inkişaf edir. Stolüstü tennisə marağı artırmaq istəyirik. Cəmiyyətdə yaşından asılı olmayaq hamı bu idman növü ilə maraqlanır. Veteranlar arasında yarış keçirdik. Hətta orada 75 yaşlı insan da var idi”.
Mustafayev regionlarda bu idman növünə marağı daha da artırmaq istədiklərini söyləyib: “Bütün idman məktəblərində tennis bölməsinin yarardılmasını istəyirik. Bu işlərdə bizə dəstək olan nazir Fərid Qayıbova təşəkkür edirəm. Bütün məktəblərdə tennis idman növü ilə məşğuliyyətin daha da artmasını istəyirik. Regionlarda və Bakı şəhərində bu idman növünün təşviqi üçün işlər görüləcək”.
Federasiya prezidentinin sözlərinə görə, ölkədə stolüstü tennisin inkişafı üçün hər cür şarait var: “Bu idman növünü daha yüksək səviyyəyə qaldırmaq istəyirik. Sıfırdan maddi-texniki baza da yarada bilər. Hansısa idman obyekti də ola bilər. Variantlar müxtəlifdir. Bu, çox maliyyə tələb edən idman növü deyil. Stolüstü tennisin daha geniş yayılması üçüb tədbirlər görəcəyik”.eçidi üçün 4 milyon avro təzminat ödəyəcək.


