“Auqsburq” ABŞ millisinin hücumçusunu transfer etdi

Almaniyanın “Auqsburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi ABŞ-ın “Dallas” klubundan Rikardo Pepini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı amerikalı hücumçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

“Auqsburq” Pepi üçün MLS təmsilçisinə 20 milyon dollar ödəyib. Bununla da sözügedən oyunçu MLS klubundan Avropaya transfer olunan ən bahalı futbolçuya çevrilib.

Rikardo Pepi 2019-cu ilin yayından “Dallas”da forma geyinirdi. Amerikalı oyunçu daha öncə “Norz Texas” klubunda da çıxış edib. Gənc olmasına baxmayaraq, ABŞ-ın əsas yığmasında 7 oyuna çıxmış hücumçu, 3 qol da vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: