Koutinyo “Barselona”nı “Aston Villa”ya dəyişdi

İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisi Filippe Koutinyo ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kataloniya təmsilçisi braziliyalı futbolçunu İngiltərənin “Aston Villa” klubuna icarəyə verib. 29 yaşlı vinger mövsümün sonuna qədər Premyer Liqa təmsilçisinin uğurları üçün çalışacaq.

Filippe Koutinyo 2018-ci ildən “Barselona”da çıxış edir. O, 2019/20 mövsümündə Almaniyanın “Bayern” klubunda da icarədə oynayıb.

Braziliya millisinin də üzvü olan yarımmüdafiəçi, əvəllər “İnter”, “Vasko da Qama”, “Espanyol” və “Liverpul” klublarında da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: