Futbol üzrə İtaliya kubokunda 1/8 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Atalanta” doğma meydanda “Venetsiya” ilə qarşılaşıb. Meydan sahibləri iki cavabsız qolla qalib gəliblər və 1/4 finala vəsiqə qazanıblar.
“Yuventus”un 1/4 finala çıxmaq üçün “Sampdoriya” ilə mübarizə aparacaq. “Milan” “Cenoa” ilə, “İnter” isə “Empoli” ilə qarşılaşacaq. “Napoli” də “Fiorentina” ilə üz-üzə gələcək.
İtaliya kubokunda 1/8 final mərhələsinə yanvarın 20-də yekun vurulacaq.
İtaliya kuboku
1/8 final
12 yanvar
Atalanta – Venetsiya 2:0
13 yanvar
21:00. Napoli – Fiorentina
00:00. Milan – Cenoa
18 yanvar
20:30. Latsio – Udineze
00:00. Yuventus – Sampdoriya
19 yanvar
20:30. Sassuolo – Kalyari
00:00. İnter – Empoli
20 yanvar
00:00. Roma – Leççe


