“Cenoa” alman məşqçi ilə anlaşdı

İtaliyanın “Cenoa” komandasının yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Aleksander Blessin çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Almaniyadan olan 48 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Aleksander Blessin bu vəzifədə bir müddət əvvəl istefaya göndərilən Andrey Şevçenkonu əvəzləyib. Alman mütəxəssis daha öncə “Ostende” klubunda baş məşqçi kimi çalışıb. O, 2012-ci ildən 2020-ci ilə qədər “Leypsiq”də U-17 və U-18 komandalarına rəhbərlik edib.

“Cenoa” bu mövsüm A Seriyasında 22 oyuna cəmi 1 qələbə qazanıb və 12 xalla 20 iştirakçı arasında 19-cu sırada qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: