Fransa kubokunda mərhələ adladı – “Qarabağ”ın rəqibi

Futbol üzrə Fransa kubokunda 1/8 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk gündə beş qarşılaşma baş tutub.

“Nant” “Brest”i, “Amyen” “Nansi”ni, “Versal” isə “Tuluza”nı mübarizədən kənarlaşdırıb.

“Bastiya” “Reyms”lə oyunda penaltilərlə mərhələ adlayıb. “Qarabağ”ın Avropa Konfrans Liqasındakı rəqibi – Marsel “Olimpik”i isə “Monpelye” ilə qarşılaşıb. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Nəticədə penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Olimpik” 1/4 finala yüksəlib.

Fransa kubokunda qalan 1/4 finalçılar bu gün və sabah keçiriləcək oyunlarda müəyyənləşəcək.

Fransa kuboku
1/8 final
29 yanvar

Nant – Brest 2:0
Nansi – Amyen 0:2
Tuluza – Versal 0:1
Reyms – Bastiya 1:1
(penaltilər 3:5)
Olimpik (Marsel) – Monpelye 1:1 (penaltilər 5:4)

30 yanvar

21:30. Berjerak – Sent Etyen
00:00. PSJ – Nitsa

31 yanvar

00:15. Lans – Monako

Xəbəri sosial şəbəkələrdə paylaş: