İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Milan təmsilçisi A Seriyasının digər iştirakçısı “Cenoa”dan Felipe Kaysedonu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “İnter” 33 yaşlı hücumçunu mövsümün sonuna qədər icarəyə götürüb.
Felipe Kaysedo 2021-ci ilin avqustundan “Cenoa”da çıxış edir. O, bu mövsüm sözügedən komandanın heyətində meydana çıxdığı 10 oyunda cəmi 1 qol vurub.
Ekvadorlu hücumçu daha öncə İtaliyada “Latsio”nun da formasını geyinib. Ölkəsinin milli komandasında da oynamış futbolçu “Bazel”, “Mançester Siti”, “Sportinq”, “Malaqa”, “Levante”, “Lokomotiv” (Moskva), “Əl Cəzirə”, “Espanyol”da da forma geyinib.


