İtaliya kubokunda daha bir yarımfinalçı bəlli oldu

Futbol üzrə İtaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

“Milan” doğma meydanda “Latsio” ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda darmadağınla qalib gələrək yarımfinala vəsiqə qazanıblar.

İtaliya kubokunda 1/4 finalın digər oyunları fevralın 10-da keçiriləcək. İlk oyun günündə Milanın digər təmsilçisi “İnter” daha bir paytaxt klubu “Roma”nı mübarizədən kənarlaşdırmışdı.

İtaliya kuboku
1/4 final
8 fevral

İnter – Roma 2:0
Qol: Dzeko, 2. A.Sançes, 68.

9 fevral

Milan – Latsio 4:0
Qol: Leao, 24. Jiru, 41; 45+1. Kessye, 79.

10 fevral

21:00. Atalanta – Fiorentina
00:00. Yuventus – Sassuolo

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: