Futbol üzrə Fransa kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Nant” doğma meydanda “Bastiya” ilə qarşılaşıb. İki cavabsız qola sevinən “Nant” inamlı qələbə sayəsində yarımfinala yüksəlib.
Xatırladaq ki, daha öncə “Monako”, “Versal” və “Nitsa” da növbəti mərhələyə vəsiqə qazanmışdı.
Fransa kuboku
1/4 final
8 fevral
Monako – Amyen 2:0
Qol: Çuameni, 5. Volland, 54.
9 fevral
Berjerak – Versal 1:1 (penaltilər 4:5)
Qol: Tressens, 89 – Dyarrassuba, 14.
Nitsa – Olimpik (Marsel) 4:1
Qol: Quiri, 10. Kluyvert, 29; 49. Delor, 61 – Bard, 3-öz qapısına.
10 fevral
Nant – Bastiya 2:0
Qol: Blez, 3. Muani, 71.
Beləliklə, yarımfinalda “Versal” “Nitsa” ilə, “Nant” isə “Monako” ilə qarşılaşacaq. Bu oyunlar mart ayında baş tutacaq.


