Futbol üzrə İtaliya A Seriyasında 26-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.
“Udineze” – “Latsio” və “Venetsiya” – “Cenoa” matçlarında qalib müəyyənləşməyib. “Fiorentina” “Atalanta” ilə ev oyunundan minimal hesablı üstünlüklə ayrılıb. İkinci pillədə qərarlaşan “İnter” isə “Cüzeppe Meatsa”da “Sassuolo”nu sınağa çəkib. Milan təmsilçisi bu oyunda gözlənilməz məğlubiyyətlə üzləşib.
İtaliya A Seriyası
26-cı tur
18 fevral
Yuventus – Torino 1:1
Qol: De Liqt, 13 – Belotti, 62.
19 fevral
Sampdoriya – Empoli 2:0
Qol: Kvalyarella, 14; 29.
Roma – Verona 2:2
Qol: Volpato, 65. Bove, 84 – Barak, 5. Tameze, 20.
Salernitana – Milan 2:2
Qol: Bonatsoli, 29. Dyuriç, 72 – Messias, 5. Rebiç, 77.
20 fevral
Fiorentina – Atalanta 1:0
Qol: Pyontek, 56.
Venetsiya – Cenoa 1:1
Qol: Henri, 13 – Ekuban, 29.
İnter – Sassuolo 0:2
Qol: Raspadori, 8. Skamakka, 26.
Udineze – Latsio 1:1
Qol: Deulofeu, 5 – Anderson, 45.
21 fevral
22:00. Kalyari – Napoli
00:00. Bolonya – Spetsiya


