“İnter” 3 xalı 5 cavabsız qolla qazandı

Futbol üzrə İtaliya A Seriyasında 28-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “İnter” çempionatın autsayderi “Salernitana”nı sınağa çəkib. Bütün turnirləri nəzərə alsaq, 5 oyundur qələbə üzünə həsrət qalan “neradzurra”nın tilsimi bu oyunda qıracağı gözlənilirdi. Milan təmsilçisi sözügedən matçda 5 cavabsız qola sevinib.

Bu turda əsas diqqətlər “Napoli” – “Milan” matçına yönələcək. Çempionluq uğrunda mübarizə aparan komandaların duelinə maraq böyükdür. İlk dövrədəki qarşılaşmada Neapol təmsilçisi səfərdə minimalhesablı qələbə qazanmışdı.

“Roma” – “Atalanta” görüşü də diqqət çəkən oyunlar sırasındadır. Komandaların turnir cədvəlində bir-birinə qonşu olması oyunun intriqasını daha da artıran məqamlardandır.

İtaliya A Seriyası, 28-ci tur

4 mart

İnter – Salernitana 5:0
Qol: L.Martines, 22; 40; 56. Dzeko, 64; 69.

5 mart

18:00 Udineze – Sampdoriya
21:00 Roma – Atalanta
23:45 Kalyari – Latsio

6 mart

15:30 Cenoa – Empoli
18:00 Bolonya – Torino
18:00 Venetsiya – Sassuolo
18:00 Fiorentina – Verona
21:00 Yuventus – Spetsiya
23:45 Napoli – Milan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: