“Lill”ə səfərdə qələbə üçün bir qol bəs etdi

Futbol üzrə Fransa çempionatında 29-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha iki qarşılaşma baş tutub.

“Lans” doğma meydanda “Klermon”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda meydan sahibləri inamlı qələbəyə sevinib.

Son çempion “Lill” isə “Nant” səfərinə yollanıb və minimal hesabla qalib gəlib.

Turlar ötdükcə çempionluğa yaxınlaşan PSJ səfərdə “Monako”nu sınağa çəkəcək. Turun mərkəzi görüşü “Velodrom”da olacaq. Burada 2-3-cü pillələri bölüşən Marsel “Olimpik”i ilə “Nitsa” münasibətlərinə aydınlıq gətirəcək. Lion “Olimpik”i isə “Reyms”in qonağı olacaq.

Fransa Liqa 1
29-cu tur
18 mart

Sent-Etyen – Trua 1:1
Qol: Budebus, 67-pen – Motiba, 18.

19 mart

Lans – Klermon 3:1
Qol: Danso, 39. Sotoka, 45+3. Haydara, 58 – Raşani, 9.

Nant – Lill 0:1
Qol: Onana, 41.

20 mart

16:00. Monako – PSJ
18:00. Anje – Brest
18:00. Bordo – Monpelye
18:00. Loryan – Strasbur
18:00. Renn – Mets
20:05. Reyms – Olimpik (Lion)
23:45. Olimpik (Marsel) – Nitsa

Xəbəri sosial şəbəkələrdə paylaş: