“Lill” “Bordo” ilə bacarmadı

Futbol üzrə Fransa çempionatında 30-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış oyununda “Nitsa” son 5 matçdan qalib ayrılan “Renn”lə üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Son çempion “Lill” də autsayder “Bordo” ilə ev oyununda 1 xalla kifayətlənib.

Bu gün həm də Marsel “Olimpik”i təhlükəli zonadan qurtulmağa can atan “Sent-Etyen”in qonağı olmalı idi. Lakin bu görüş güclü qar səbəbindən təxirə salınıb.

Ötən tur “Monako”ya böyük hesabla məğlub olan PSJ isə dogma meydanda “Loryan”ı sınağa çəkəcək.

Fransa Liqa 1
30-cu tur

2 aprel

Nitsa – Renn 1:1
Qol: Delor, 67 – Terrye, 78.

Lill – Bordo 0:0

Sent-Etyen – Olimpik (Marsel) matçı təxirə salınıb

3 aprel

15:00. Strasburq – Lans
17:00. Klermon – Nant
17:00. Mets – Monako
17:00. Monpelye – Brest
17:00. Trua – Reyms
19:05. Olimpik (Lion) – Anje
22:45. PSJ – Loryan

Xəbəri sosial şəbəkələrdə paylaş: