Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan VAR (Video Assistant Referee) sistemi ilk dəfə olaraq test rejimində sınaqdan keçirilib. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. “Şamaxı”nın U-19 komandası ilə qarşılaşan millimiz 2:1 hesablı qələbə qazanıb. U-17-nin qollarını İlkin Cəfərli və Davud Mənsumov vurub.
VAR sistemi də ilk dəfə olaraq məhz bu oyunda test rejimində sınaqdan keçirilib. “ASK Arena”da keçirilmiş Azərbaycan U-17 – “Şamaxı” U-19 qarşılaşmasının baş hakimi Fərid Hacıyev olub. Video Köməkçi Hakim funksiyasını isə Elçin Məsiyev və Kamal Umudlu yerinə yetirib.
FİFA-nın müvafiq tələbinə uyğun olaraq, VAR sistemi rəsmi oyunlarda tətbiqindən əvvəl test rejimində sınaqdan keçirilməlidir.















