Futbol üzrə Kolumbiya milli komandasının baş məşqçisi Reynaldo Rueda istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
İstefaya yığma komandanın Qətərdə keçiriləcək DÇ-2022-nin final mərhələsinə vəsiqə qazana bilməməsi səbəb olub. Rueda ilə yanaşı, onun köməkçiləri də istefaya göndərilib. Onlara xidmətlərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.
Millinin yeni baş məşqçisinin adına qarşıdakı günlərdə aydınlıq gətiriləcəyi diqqətə çatdırılıb.
Reynaldo Rueda 2021-ci ilin yanvar ayından Kolumbiya yığmasına başçılıq edirdi. Sözügedən komanda 64 yaşlı mütəxəssisin rəhbərliyi altında 22 oyuna çıxıb, cəmi 7 qələbə qazanıb, 10 heç-heçə edib, 5 oyunda da məğlub olub.
Kolumbiyalı mütəxəssis daha əvvəl Honduras, Ekvador və Çili seçmələrinə də rəhbərlik edib. O, 2004-2006-cı illər aralığında da Kolumbiya yığmasını çalışdırıb.


